“ELMİ İNKİŞAF:
UĞURLAR VƏ ÇAĞIRIŞLAR”

GƏNC TƏDQİQATÇILARIN I RESPUBLİKA
ELMİ KONFRANSI

DƏVƏT MƏKTUBU

Hörmətli gənc tədqiqatçılar!
15-16 aprel 2024-cü il tarixlərində Naxçıvan Dövlət Universitetində keçiriləcək “Elmi inkişaf: uğurlar və çağırışlar” gənc tədqiqatçıların I Respublika Elmi Konfransında iştirakınızdan məmnun olarıq. Konfrans üz-üzə ənənəvi və onlayn formatda təşkil olunacaqdır.
Etik prinsiplərə əməl olunaraq orijinal tədqiqatların yer alacağı konfransımızda təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və konfrans kitabında nəşr olunacaqdır. Konfransımızda dəyərli tədqiqatlarınızla iştirakınızı arzu edirik.

Hörmətlə,
“Elmi inkişaf: uğurlar və çağırışlar” gənc tədqiqatçıların I Respublika Elmi Konfransının təşkilat komitəsi

genckon@ndu.edu.az
(036) 5440861 (3300)
(00994) 513251111
(00994) 703658165

Konfransın yeri:

Naxçıvan Dövlət Universiteti

Mühüm məlumatlar:

-Ödənişsiz iştirak
-Ənənəvi və onlayn təqdimatlar
-Xülasə və tam məqalə nəşri
-İştiraketmə vərəqəsi

Mövzular:

1. Yeni informasiya texnologiyaları və tətbiqi məsələləri
2. Humanitar elmlər
3. Fizika və riyaziyyat elmləri
4. İctimai elmlər
5. Təbiət elmləri
6. Texniki elmlər
7. Sənətşünaslıq və metodika