Məqalə və tezislərin tərtibi qaydaları.docx



TEZİS VƏ MƏQALƏLƏRƏ TƏLƏB OLUNAN QAYDALAR

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;
– səhifənin parametrləri – hər tərəfdən 2 sm;
– sətirlərarası interval – 1;
– müəllifə dair məlumatlar (ad və soyad (tünd, böyük hərflərlə), işlədiyi və ya təhsil aldığı müəssisənin adı, vəzifəsi, elmi dərəcə və elmi adı (varsa), elektron ünvanı (və əlaqə telefonu) adi hərflərlə) sağ tərəfdə; Magistrantlar elmi rəhbərlərinin adı, soyadı, ata adı və elmi dərəcəsi və elmi adı göstərilməklə.
– materialın başlığı tünd, böyük hərflərlə ortada;
– mətnin yazıldığı dildə xülasə (xülasə və açar sözlər əlavə olaraq ingilis dilində tərcümə olunaraq) və açar sözlər, sonra əsas hissə;
– xülasə: 200-400 söz;
– açar sözlər: 4-5 söz və ya söz birləşməsi;
– materialın həcmi: 5–10 səhifə (Xülasə və Açar sözlər daxil).

QEYD:

Məqalələrə istinad aşağıdakı qaydada göstərilməlidi:
• Tək müəllifli məqalə və ya tezis. Nümunə: (Həsənov Q.Ü., 2018)
• İki müəllifli məqalə və ya tezis. Nümunə: (Qarayev B.B. və Faziolğlu M.H., 2011)
• Üç və ya daha çox müəllifli məqalə. Nümunə: (Babayev K.M. və b., 2021)

Kitablara istinad aşağıdakı qaydada göstərilməlidi:
• Tək müəllifli kitab. Nümunə: (Həsənov Q.Ü., 2018, 94-95)
• İki müəllifli məqalə və ya tezis. Nümunə: (Qarayev B.B. və Faziolğlu M.H., 2011, 45-48)
• Üç və ya daha çox müəllifli məqalə. Nümunə: (Babayev K.M. və b., 2021, 95-99)